Almaniyanın "Ştutqart" klubunun hücumçusu Seru Girassi gələcək karyerası ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Florian Plettenberq yayıb.
Xəbərə görə, 28 yaşlı futbolçu iş yerini dəyişmək niyyətindədir və artıq bu barədə "Ştutqart"ın rəhbərliyini də məlumatlandırıb. Mənbə Girassi ilə "Milan", Dortmund "Borussiya"sı və "Arsenal" kimi Avropa nəhənglərinin maraqlandığını vurğulayıb.
Xatırladaq ki, sözügedən oyunçu geridə qalan mövsümdə Bundesliqada 28 qol vuraraq çempionatın ikinci bombardiri olub. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat