Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində İtaliyaya qarşı keçirdikləri oyundan (1:1) sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis belə danışıb:
"Futbolçularım yaxşı oynadılar. Xüsusi ilə ilk yarıda. Komandamı layiqli mübarizəyə təbrik edirəm. Penaltidən yararlana bilmədik və uzatma dəqiələrində qol buraxdıq. 1/8 finala çıxmaq öz əlimizdə idi. Bizi dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Azarkeşlərimizə görə çox məyusam".
Qeyd edək ki, Xorvatiya seçməsi yer aldığı B qrupundakı mübarizəni 2 xalla üçüncü pillədə başa vurublar.
Nihat