İspaniya millisi Avropa çempionatları tarixində qrup mərhələsinin bütün oyunlarında qol buraxmadan qalib gələn ikinci komandadır.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, bunu daha öncə yalnız İtaliya seçməsi bacarıb.
"Skuadra adzurra" koronavirus pandemiyası səbəbindən 2021-ci ildə keçirilən AÇ-2020-də eyni nəticəyə imza atıb.
Xatırladaq ki, hazırda davam edən AÇ-2024-ün B qrupundakı mübarizəni maksimum nəticə ilə başa vuran İspaniya İtaliya və Albaniyanı 1:0, Xorvatiyanı isə 3:0 hesabı ilə məğlub edib.
Nihat