Polşanın "Cabiomede" şirkəti Avstriya ilə görüşdə burnunu sındıran fransalı hücumçu Kilian Mbappe üçün xüsusi maska hazırlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Weszlo" yayıb.
Qoruyucu maska taxmağa məcbur olan forvard Fransa bayrağının rənglərində maska götürməyə qərar versə də, UEFA qaydalarına görə (qoruyucu vasitələr sadə və neytral olmalıdır) bu, baş tutmayıb. Polşa şirkətinin hazırladığı maska bu baxımdan tələbə uyğundur:
Xatırladaq ki, Fransa bu gün məhz Polşa ilə qarşılaşacaq. Dortmundda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Mirağa