Polşa Futbol Assosiasiyası Almaniyada keçirilən Avropa çempionatında uğursuz çıxışla diqqət çəkən millinin baş məşqçisi Mixal Probej ilə bağlı qərarını verib.
Fanat.Az-ın sözügedən qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, Probej postunda qalacaq.
Qurumun prezidenti Tsezari Kuleşanın 51 yaşlı mütəxəssisi tam dəstəklədiyi və onun yığmadakı işini davam etdirəcəyi vurğulanıb.
Xatırladaq ki, Polşa seçməsi artıq qrupdan çıxmaq şansını itirib. İlk iki oyunda xal qazana bilməyən komanda son turda Fransa ilə qarşılaşacaq və bu görüşdə qələbə qazanacağı halda belə, şəxsi oyunda uduzduğu (1:3) Avstriyanı geridə qoya bilməyəcək.
Nihat