İngiltərə millisi Avropa çempionatında öz rekordunu yeniləyib.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Britaniya təmsilçisi ardıcıl 4-cü dəfə Avropa çempionatlarında qrup mərhələsində məğlub olmayıb.
Sözügedən yığma ardıcıl beşinci dəfə Avropa çempionatlarında pley-offa yüksəlib. Bundan başqa, ingilislər qitə birinciliklərinin qrup mərhələlərində keçirdikləri son 14 görüşdə yenilgi acısı dadmayıblar.
Qeyd edək ki, İngiltərə seçməsi AÇ-2024-ün qrup mərhələsinin III turunda Sloveniya ilə qolsuz heç-heçə edib və qrup lideri qismində 1/8 finala yüksəlib.