"Turan Tovuz" növbəti legioner transferi reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı rusiyalı qapıçı Sergey Samok "qərb təmsilçisi" ilə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.
Son olaraq “KamAz”ın şərəfini qoruyan 23 yaşlı əlcək sahibi daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.
Qeyd edək ki, Kurban Berdiyevi baş məşqçi postuna gətirən "Turan Tovuz" Sergey Samokdan əvvəl İvan Konovalovu sıralarına qatmışdı.