Türkiyə millisinin mərkəz müdafiəçisi Merih Demiral Avropa çempionatının 1/8 final mərhələsinin oyununda vurduğu qolları "boz qurd" jesti ilə qeyd etməsinə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, jurnalist Yağız Sabunçuoğlu 26 yaşlı futbolçunun dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Qolu türkçülüklə bağlı bayram etmək ideyam əvvəldən var idi. Fəxr edirəm ki, türkəm. Buna görə də qoldan sonra belə etməli olduğumu anladım. Şadam ki, belə etdim".
Xatırladaq ki, Türkiyə seçməsi Avstriya millisini Merihin qolları sayəsində 2:1 hesabı ilə yenərək AÇ-nin 1/4 finalına yüksəlib.
Nihat