"Türkiyə yığması Avstriya millisinə qarşı böyük əzmkarlıqla mübarizə apardı. Avstriyanın meydana qələbə qazanacağına çox inanaraq çıxdığı hiss olunurdu".
Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov deyib.
Hazırda 2024/2025 mövsümünə İkinci Liqada başlayacaq "Hypers"i çalışdıran gənc mütəxəssis Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Avstriyanı 2:1 hesabı ilə yenən "ay-ulduzlular"ın 1/4 finalda Niderland millisini də üstələyə biləcəyini vurğulayıb:
"Əlbəttə, Avstriya üzərində qələbə daha çox gənc oyunçulardan qurulmuş Türkiyə millisinə özünəinam da qazandırıb. Bu, futbolda olduqca vacib şərtdir. Avropa çempionatında ardıcıl oyunlara çıxmaq komandanın formalaşması, "artırması" baxımından əvəzsizdir. Belə oynasalar, Niderlandı da məğlub edəcəklər".
Nihat