Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, günün ilk matçında erkən final baş tutub.
Erkən final adlandırılan İspaniya - Almaniya görüşü Ştutqart şəhərindəki "MHP Arena"da keçirilib. "Buğalar" meydan sahibləri üzərində əzmkar qələbə qazanaraq yarımfinala yüksəliblər.
Günün növbəti qarşılaşmasında isə Portuqaliya və Fransa milliləri üz-üzə gəliblər. Bu duel Hamburqdakı “Folksparkştadion"da reallaşıb. Matçın əsas və əlavə vaxtında qol olmadığı üçün penalti seriyasına ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən "xoruzlar" adlarını yarımfinala yazdırıblar.
Qeyd edək ki,1/4 finalın digər iki görüşü sabah, iyulun 6-da baş tutacaq.
AÇ-2024
1/4 final
5 iyul
İspaniya - Almaniya 2:1
Qollar: Olmo, 51. Merino, 119 - Virts, 89.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".
Portuqaliya - Fransa 0:0 (penaltilərlə 3:5)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, “Folksparkştadion".