Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/4 finalında bu gün İspaniya seçməsi ilə üz-üzə gələcək Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann erkən final adlandırılan matç ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı 36 yaşlı mütəxəssisin sözlərini belə çatdırıb:
"Ümid edirəm ki, oyuna hazırlığı lazım olan şəkildə yekunlaşdırmışıq. Start heyətdə hansı futbolçuların yer alacağını müəyyənləşdirimişik. Çox sayda videolar izləmişik, eləcə də oyunçularla fərdi söhbətlərimiz olub. Matça yaxşı hazırlaşmışıq. Əminəm ki, əla çıxış sərgiləyə bilərik".
Qeyd edək ki, İspaniya - Almaniya qarşılaşması Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Nihat