Yeni mövsümün hazırlaşan “Araz-Naxçıvan” heyətinə braziliyalı yarımmüdafiəçi cəlb edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Karlos Jatobadır.
28 yaşlı oyunçu 1 mövsümlük müqaviləyə imza atıb.
Onun son klubu Rumıniya “Politexnika Lasi”si olub. İtaliya pasportuna da sahib olan Karlos buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “Sao Bento”, Bolqarıstanda “Dunav”, Portuqaliyada “Sportinq” komandalarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” Jatobaya qədər Tərlan Əhmədli, Ürfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadəni heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.