“Sabah” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yerli "Koper" komandası ilə qarşılaşan Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu 43-cü dəqiqədə Abdulla Xaybulayev vurub.
“Sabah” Sloveniyada daha 3 yoxlama oyunu keçirəcək. Komanda iyulun 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq.