"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup” turnirinin qalibi olub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi yarışdakı son matçında yerli “Trans Narva”ya qarşı mübarizə aparıb.
Rəqibini 2:0 hesabı ilə üstələyən Azərbaycan komandası beynəlxalq turnirin qalibi olub.
Qeyd edək ki, U-16-nın baş məşqçisi Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqovdur.