“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki cavab oyununa təyinatlar açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Matçda əsas söz sahibi Viktor Kopiyevski olacaq. Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.
İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. “Qarabağ” 2-ci təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək.