UEFA Çempionlar Liqasında I təsnifat mərhləsinə start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri üz-üzə gəliblər.
“Hamrun” komandası Maltada Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. "Linkoln" səfərdə qalib gəlib.
Cavab görüşü iyulun 16-da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
9 iyul
Panevejis (Litva) - HİK (Finlandiya) 3:0
Hamrun (Malta) - Linkoln (Cəbəllütariq) 0:1
Nyu-Sents (Uels) - Deçiç (Monteneqro) 3:0
Santa-Koloma (Andorra) - Balkani (Kosovo) 1:2
Vikinqur Reykyavik (İslandiya) - Şemrok Rovers (İrlandiya) 0:0
Virtus (San Marino) - Styaua (Rumıniya) 1:7