“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bernardu Oliveyra Dias 2024-2025-ci il mövsümünü “qırmızı-ağlar”ın heyətində keçirəcək.
“Benni” ləqəbli portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində “Uniao Torreense”nin formasını geyinib. 27 yaşlı oyunçu buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves” və Kiprin “Doxa Katokopias” klublarında da çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə müqaviləni yeniləyib.