İyulun 5-dən Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov yetirmələrini iki görüşdə sınayacaq.
Ağdam təmsilçisi ilk matçda Almaniyanın "Kayzerslautern" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
Komandanın ikinci görüşdəki rəqibi Çexiyanın "Viktoriya" (Plzen) klubu olacaq. Bu oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Növbəti sınaq görüşlərinin vaxtı və rəqiblər hələlik bəlli deyil.