“Araz-Naxçıvan” əvəzedici komanda ilə yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, hazırlığın Bakı mərhələsinin sonuncu günü keçirilən sınaq matçı əvəzedici heyətlə baş tutub.
Bakı Olimpiya Stadionunda baş tutan matçda qələbəni əsas komanda qazanıb - 3:1. Qolları Ülvi İsgəndərov, Vanderson və Ürfan Abbasov vurublar.
Görüşdən sonra baş məşqçi Elmar Baxşıyev klubun saytına fikirlərini açıqlayıb: “Yoxlama oyununu keçirməkdə məqsədimiz komandanın meydanı tam hiss etməsi idi. Son iki gündə daha çox məşq keçmişdik. İstəyimiz də yükləmə altında komandanı görmək idi. Onlara nə demişdiksə, hansı tapşırıqları vermişdiksə, meydanda bizə qaytardılar.
Hələ tam komplektləşməmişik. Bəzi mövqelər var ki, ora transferlər olacaq. Həmin mövqeləri gücləndirəcək futbolçularla danışıqlar demək olar, yekunlaşıb. Ömər Buludov və Miço Kuzmanoviç də xəstəlik səbəbindən bu matçda iştirak etmədilər. Vaxtımız var, dediyim kimi, qarşıdakı günlərdə heyətimizə yeni futbolçular qoşulacaq.
Mərkəz müdafiəçisinə, oyun qurucuya və hümçuya ehtiyac var. Yaxın günlərdə komanda tam komplektləşəcək”.
Qeyd edək ki, iyunun 28-dən məşqlərə başlayan "Araz-Naxçıvan" hazırlığın birinci mərhələsini yekunlaşdırıb. Bu gün istirahət edən “qırmızı-ağlar” sabah, iyulun 10-da Ərzuruma yola düşəcək. Qardaş ölkədə iki həftəlik hazırlıq prosesi zamanı 3 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub.