Yeni mövsümə Sloveniyada hazırlaşan "Sabah" klubu bu gün yoxlama matçında qüvvəsini sınayacaq.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın "Çukariçki" komandası ilə qarşılaşacaq.
"Sports park Radomlje"də keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" (Hayfa) ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş iyulun 25-də Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda baş tutacaq. Cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.