Bu il ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək "Zirə" növbəti mövsüm üçün yeni formalarını təqdim edib.
Fanat.Az xəbər verir ki, geyim dəstlərini xüsusi edən onun "Zirə" klubunun 10 illiyinə həsr olunmasıdır.
Türkiyə şirkəti "Arem"in hazırladığı formaların üzərində "10 il" loqosu yerləşdirilib.
"Qartallar"ın sosial şəbəkə hesabında yayımlanan videoçarxın qeyri-adi təqdimatı da qeyd olunmalıdır. Belə ki, dizaynı ilə diqqət çəkən formaları gənc azarkeşlər əyinlərinə geyinərək təqdim ediblər.