UEFA Çempionlar Liqasının I təsnifat mərhləsinin ilk oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, dünən start götürən mərhələdə bu gün növbəti oyunlar keçirilib.
Səkkiz oyundan yalnız birində səfər komandası evə qalib dönməyi bacarıb. Sloveniyanın "Çelle" komandası Estoniya "Flora"sını böyük hesabla məğlub edərək, ikinci mərhələyə vəsiqəni böyük ehtimalla təmin edib
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
10 iyul
Ordabası (Qazaxıstan) - Petrokub (Moldova) 0:0
Flora (Estoniya) - Çelle (Sloveniya) 0:5
RFŞ (Latviya) - Larn (Şimali İrlandiya) 3:0
Slovan (Slovakiya) - Struqa (Makedoniya) 4:2
Klaksvik (Farer adaları) - Differdanj (Lüksemburq) 2:0
Ludoqorets (Bolqarıstan) - Dinamo (Batumi, Gürcüstan) 3:1
Dinamo (Minsk, Belarus) - Pünik (Ermənistan) 0:0
Borats (Bosniya və Herseqovina) - Eqnatiya (Albaniya) 1:0