Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının final matçını idarə edəcək hakimin kimliyi bəlli olub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşma fransalı Fransua Leteksyeyə tapşırılıb.
Qeyd edək ki, AÇ-2024-ün finalında İngiltərə və İspaniya milliləri üz-üzə gələcəklər. iyulun 14-də Berlində baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Nihat