"Zirə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) yeni legioner transfer edib.
Fanat.Az Tiraspol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qanalı müdafiəçi Nana Kvame Boakye heyətə qatılıb.
"Şerif"lə anlaşma vətənində yeniyetmə və gənclərdən ibarət komandalarda oynamış afrikalı gəncin ilk peşəkar müqaviləsidir.
Ölkəsinin U-20 millisinə çağırılan arxa xətt oyunçusunun bu gün baş tutacaq "Zirə" ilə oyunda debüt edə biləcəyi açıqlanıb.
Qeyd edək ki, Tiraspol şəhərindəki "Şerif Arena"da oynanılacaq "Şerif" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Nihat