"Şamaxı" komandası heyətini yeni futbolçu cəlb edib.
Fanat.Az "aslanlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Sabah"dan Fəxri Məmmədli icarəyə götürülüb.
Qeyd edək ki, "Şamaxı" 2023/2024 mövsümündə I Liqanın qalibi olaraq Premyer Liqaya vəsiqə qazanıb.