2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Slavişa Radoviç ilə müqavilə imzalayıb.
Bu gün Ankarada tibbi baxışdan keçən 30 yaşlı müdafiəçi ilə "1+1" illik anlaşma əldə olunub. Radoviç 3 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov və Fernando Medeyrosun keçidini rəsmiləşdirib.