Ölkələrin UEFA reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, ötən gün keçirilən oyunlardan sonra sıralamada bəzi dəyişikliklər olub.
Avropa Liqası və Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları çərçivəsində keçirilən matçların nəticələri Azərbaycanın mövqeyinə təsir edib. Belə ki, bir pillə irəliləyərək 25-ci yerə yüksəlib. Ölkəmizin 17,000 reytinq xalı var. Slovakiya 17.125 xalla Azərbaycandan bir pillə irəlidədirsə, geridəki "qonşu" Kiprdir (16,975).
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal. İtaliya 79,106 xalla 2-ci, İspaniya (73,989) 3-cüdür.
Mirağa