Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.
Fanat.Az AFP-yə istinadən xəbər verir ki, bunu yarışın təşkilat komitəsinin rəhbəri Toni Estanq açıqlayıb.
O, Fransanın paytaxtında baş tutacaq Olimpiya Oyunlarına 8,6, Paralimpiya Oyunlarına isə 1 milyondan çox bilet satıldığını və bunun rekord göstərici olduğunu deyib. Estanq öncəki rekordun (8,3 milyon) ABŞ-nin Atalanta şəhərində keçirilən olimpiadada qeydə alındığını bildirib.
Paris-2024 iyulun 26-dan avqustun 11-nə, paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.