İspaniya millisinin 16 yaşlı vingeri Lamin Yamal Lionel Messi ilə müqayisə olunmasından və 37 yaşlı superulduzla internetdə yayılan köhnə fotosundan danışıb.
Fanat.Az xəbər verir ki, "Jijantes FC" onun sözlərini belə çatdırıb:
"Heç kim futbol tarixinin ən yaxşı oyunçusu ilə müqayisə edilməyin əleyhinə olmaz. Amma bu, sənin diqqətini də bir qədər yayındırır, çünki heç vaxt Messi olmayacaqsan.
Fotodan əvvəldən xəbərim var idi. Onu atam saxlamışdı. Bu fotonu əvvəl ona görə paylaşmırdıq ki, Leo ilə müqayisə edilməyimi istəmirdik".
Xatırladaq ki, İspaniya millisi AÇ-2024-ün finalında İngiltərə seçməsi ilə qarşılaşacaq. İyulun 14-də keçiriləcək həlledici matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat