10:00 13.07.2024 1233

Daha o "əjdahalar"dan özümüzdə var

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Əvvəllər hər dəfə beynəlxalq yarışlarda yaxşı şərh dərdindən xarici telekanal axtarırdıq. Televizorlarımızda dalğaları gah Rusiya, gah da qardaş ölkə Türkiyənin kanallarına kökləməyə çalışırdıq. "Bəyin oğurlanması" filmindəki məşhur "Niyə o əjdahadan bizdə yoxdu" sualına cavab axtarmaqdan yorulmuşduq. Amma insafən son illərdə tendensiya dəyişməyə doğru gedir. İndi teleməkanımızda işini bilən, yeri gələndə şablonlardan kənara çıxmağı da bacararan yerli spikerlərin sayı yetərincədir. Bir yox, bir neçə peşəkar şərhçinin olması isə futbol camiəsi adına sevindirici haldır. Artıq bizimkilərin də səsi ölkə sərhədlərindən kənarda eşidilir. Təsadüfi deyil ki, Türkiyənin Avstriya ilə oyununu şərh edən Tural Dadaşovun impravizələri Türkiyə kanallarındakı həmkarları tərəfindən də rəğbətlə qarşılandı. Onun qapıçı Mert Günokun kritik reaksiyasına "ilahi müdaxilə, kosmik seyv" şərhi qulağa xoş gəldi.

Nəzərə alsaq ki, Avropa Çempionatının finalına yaxınlaşırıq, xırda bir araşdırma edib indiyə qədər qitə turnirlərinin yayımını Azərbaycanda həyata keçirmiş telekanallar, həlledici matçları şərh etmiş spikerlər haqqında material hazırladıq...    

AÇ-2004 - Lider TV



1 sentyabr 2000-ci il tarixində fəaliyyətə başlayan "Lider" kanalı Azərbaycanın özəl telekanallarından biri idi. 16 iyun 2020-ci ildə məhkəmə qərarı ilə müflis elan edilib. 1 iyun 2021-ci ildən etibarən Lider TV və radiosunun fəaliyyəti rəsmən dayandırılmışdır.

Fəaliyyəti dövründə idmana böyük yer verən telekanal 2008-ci ildə ayrıca idman kanalının yaradılması ilə əlaqədar müsabiqədə iştirak etsə də, AzTV-yə məğlub olaraq idman kanalını yaratmaq istəyi baş tutmayıb.
"Lider" fəaliyyəti dövründə Azərbaycan Premyer Liqasının, İngiltərə Premyer Liqasının, Fransa Liqa 1-in, UEFA Çempionlar Liqasının, UEFA Avropa Liqasının, UEFA Superkubokunun, 2004, 2008-ci illərin Olimpiya oyunlarının və Avropa Çempionatlarının, DÇ-2006 və DÇ-2010-un oyunlarını ölkəmizdə canlı yayımlayıb.

2000-ci ildəki Avropa Çempionatı Azərbaycanda yayımlanmamışdı. Bu mənada AÇ-2004 bir ilk oldu. Həmin qitə birinciliyinin yayım hüququna yiyələnən "Lider"də həmin vaxt Rövşən Binnətli, Nəriman Mehdiyev, Şəmsəddin Abbasov, Pərviz Musayev kimi şərhçilər toplanmışdı. Portuqaliyada keçirilən yarışın finalında Yunanıstanla meydan sahibi qarşılaşıb ki, iyulun 4-də baş tutan həlledici matçdan Ellin ölkəsi qalib (1:0) ayrılıb. Final matçını Rövşən Binnətli və Şəmsəddin Abbasov birgə şərh ediblər.

AÇ-2008 - Lider TV

UEFA-nın 2008-ci ildə Avstriya və İsveçrənin birgə təşkilatçılığı ilə keçirilən qitə çempionatı oyunlarının yayımlanması üçün saziş imzaladığı Azərbaycan telekanalı yenə "Lider" olub. Artıq Azərbaycanda iri futbol turnirlərinin translyasiyasında təcrübəsi olan kanalın sayəsində Azərbaycan tamaşaçıları 31 oyunun hamısına baxa bilmişdilər. 29 iyunda baş tutan final oyununda İspaniya Almaniyanı 1:0 yenərək qalib olub ki, görüşü təcrübəli, o vaxt (2000-2012) "Lider"də şərhçilər qrupunun rəhbəri olan, hazırda isə "İdman TV"-nin direktoru postunu tutan Rövşən Binnətli şərh edib. 


AÇ-2012 - İdman TV 

"İdman" televiziyası AzTV-nin nəzdində yaradılan, Azərbaycanda dövlətin nəzarətində olan ilk idman kanalıdır. 2009-cu il yanvarın 1-də Bakıdan yayıma başlayıb. Əvvəl "İdman Azərbaycan" adlanan, sonradan "İdman TV" kimi qeydiyyatdan keçən kanal bu günə kimi müxtəlif illərdə Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, Avropa Çempionatının, Dünya Çempionatının, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının canlı yayımını təşkil edib.


AÇ-2012-nin final mərhələsinin oyunlarının yayım hüququna Azərbaycanda dövlət televiziyası (AzTV) sahib çıxıb. Polşa və Ukraynada baş tutan 31 oyun AzTV ilə “İdman Azərbaycan” tərəfindən paralel yayımlanıb. Turniri final mərhələsinin oyunları iyunun 6-dan iyunun 7-dək olan tarixdə baş tutub. İspaniya ilə İspaniya arasında keçirilən və Pireneylilərin 4:0 hesabıyla qalib gəldiyi final oyununu İsmayıl Abdullayev və Rəşad Rafiqoğlu birgə şərh ediblər.


AÇ-2016 - İctimai TV 

2016-cı ildən etibarən son üç qitə birinciliyinin ölkəmizdəki yayımçısı "İctimai TV" olub. 2004-cü ilin əvvəlində yaradıldıqdan sonra 29 avqust 2005-ci ildə yayıma başlayan Azərbaycanın ilk müstəqil ictimai yayımçısı, Fransada ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən AÇ-2016-nın bir neçə oyununu "CBC Sport" kanalı ilə birgə izləyicilərə təqdim edib.



Portuqaliya və Fransa arasında baş tutan final qarşılaşmasında qalib əlavə vaxtda müəyyənləşib ki, pireneylilərin 1:0 qalib gəldiyi matçın şərhçiləri Tural Dadaşov və İsmayıl Abdullayev olub.


AÇ-2020 - İctimai TV

AÇ-2020-nin final mərhələsinin oyunlarının yayım hüququna yenidən yiyələnən İTV bu dəfə "İdman TV" ilə birgə bu işi yerinə yetirib və beləliklə, 2018-ci ildə keçirilmiş dünya çempionatındakı əməkdaşlığı qitə birinciliyində də davam etdirib. "İctimai TV"-nin yarışı şərh etmələri üçün bir dönəmin tanınan adlarından olan, AÇ-dən bir neçə ay sonra dünyasını dəyişən Elnur Əşrəfoğlunu, həmçinin, Asif Bağırov və İlqar Mikayıloğlunu dəvət etməsi gündəm olmuşdu.
Pandemiya səbəbindən bir il yubanan AÇ-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində keçirilib. Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda oynanılıb. Əsas yayımçı telekanalın rəhbərliyi final matçı üçün də yenilik həyata keçirmişdi. Belə ki, İngiltərənin paytaxtı Londonda keçirilən və meydan sahibnləri ilə İtaliyanın qarşılaşdığı, qalibin penaltilərdə müəyyənləşdiyi həlledici oyunu Tural Dadaşovla birlikdə hazırda "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqov şərh edib.


AÇ-2024 - İctimai TV 

Almaniyada keçirilən və "İctimai TV"-dən bir ay boyunca izlədiyimiz Avropa çempionatının finalında yenə Tural Dadaşov iş başında olacaq. Həm də bu dəfə o, AÇ-lər tarixində ilk dəfə olaraq final qarşılaşmasını ev sahibi stadionda quraşdırılan şərhçi kabinəsindən şərh edəcək. Yəni canlı-canlı. Beləliklə, Tural Dadaşov üç finalı şərh etmiş yeganə spiker olacaq.

Ümid edirik ki, qarşıdakı illərdə şərhçilik məktəbimiz yaranacaq, daha da inkişaf edəcək və Azərbaycan tamaşaçısı beynəlxalq yarışlar zamanı kanalı çevirmək fikrinə ehtiyac duymayacaq. Bunu Azərbaycanın futbol millisinin də iştirak edəcəyi turnirdə reallaşdırmaq isə ayrı arzu, ayrı istəkdir. Hələ mümkünsüz görünür, amma AÇ-2028 üçün vəd verilib. Yaşayarıq, görərik...

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

19:50

"Bayern Münhen" "Liverpul"a rəsmi təklif göndərdi

19:20

"Belarusla oyunların bizə çox köməyi olacaq” - Siyasət Əsgərov

18:46

"Hayduk" güclü rəqibdir, amma..." - "Zirə"nin yarımmüdafiəçisi

18:11

Madrid nəhəngi italiyalı oyunçunun keçidini elan etdi

17:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:33

"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı

17:15

Braziliya millisinin hücumçusu İngiltərə nəhəngində - RƏSMİ

16:47

Rafael Utziq "Zirə"yə qayıtdımı?

16:29

İmmobile "Beşiktaş"dan ayrıldı

16:11

"Bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram" - Elvin Camalov

15:53

"Zirə" toqolu vingerlə uzunmüddətli müqavilə imzaladı

15:35

"Kəpəz" yalnız bir futbolçunu saxlamaq istəyib

15:16

"Liverpul"un futbolçusu Almaniya klubuna keçdi - RƏSMİ

14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

14:21

"Şamaxı"dan 2 məşqçi getdi - Biri "Mingəçevir"ə, o biri...

14:02

Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq - SON DURUM

13:44

Əzizov əsas komandada, "Neftçi" bosniyalını gözləyir

13:28

"Mahir Bundesliqanın orta səviyyəli komandalarında da oynaya bilər" - Xaqani Məmmədov

13:10

Əfsanəvi forvardın Avroliqada çıxış edəcək kluba keçidi rəsmiləşdi

12:53

Namik Ələsgərov Türkiyəyə qayıda bilər - AÇIQLAMA

12:34

"Neftçi" İqor Ribeyro ilə müqavilə bağladı - RƏSMİ

12:11

"Səbail" futbolçusunu "Şamaxı"ya buraxmadı

11:51

Azərbaycan parateakvondoçuları Cənubi Koreyaya yollandılar

11:33

"Araz-Naxçıvan"ın rəqibi xorvat oyunçu ilə gücləndi

11:14

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:58

Azərbaycanın 2 boksçusu Dünya Kubokunun 1/4 finalına yüksəldi

10:42

"Kəpəz" hazırlığa əvəzedici komandanın üzvləri ilə başladı - AÇIQLAMA

10:24

Yeni klubu Lyakazettin keçidini açıqladı

09:45

Klublararası dünya çempionatı: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi

09:23

Kamal Quliyev aşağı liqaya düşən kluba baş məşqçi təyin olundu

Facebookdan bizi izləməyi unutmayın.
X