2024/2025 mövsümünün hazırlıqlarını Sloveniyada davam etdirən "Sabah" bu gün növbəti sınaq matçını keçirəcək.
Fanat.Az xəbər verir ki, "bayquşlar" "Krivbas" (Ukrayna) ilə üz-üzə gələcəklər.
"Brejitse" stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, "Sabah" daha öncə yoxlama görüşündə Sloveniya "Koper"inə qalib gəlib (1:0), "Çukariçki" (Serbiya) ilə isə qolsuz heç-heçə edib.