ABŞ-də təşkil edilən Amerika Kubokunun finalında Kolumbiya seçməsi ilə üz-üzə gələcək Argentina millisinin superulduzu Lionel Messi həlledici qarşılaşma ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Fox News" onun sözlərini belə çatdırıb:
"Həmişəki kimi sakitəm və adi qaydada oyunun başlamasını gözləyirəm. Son illərdə nələr yaşadığımızı nəzərə alsaq, əvvəlkindən çox sakitəm.
Mövcud vəziyyətdən, yaşadıqlarımızdan həzz almağa çalışıram. Zamanı tələsdirmək niyyətində deyiləm. Sadəcə, anı yaşayıram və matçın start fitini gözləyirəm. Vaxtı gələndə finala köklənəcəyik".
Qeyd edək ki, Argentina - Kolumbiya oyunu iyulun 15-də keçiriləcək. Mayamudəki "Hard Rok" stadionunda baş tutacaq final matçının start fiti Bakı vaxtı ilə 4:00-da səsləndiriləcək.
Nihat