"Mançester Yunayted"in sabiq kapitanı, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Qari Nevill İngiltərə millisinin forvardı Hari Keyndən danışıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, o, yığmanın kapitanını tərifləyib:
"Avropa çempionatının başlamasından beş və ya altı gün öncə Ueyn Runi ilə danışdım. O, Keynin İngiltərə futbolu tarixinin ən böyük oyunçusu olduğunu dedi. Bu, böyük tərifdir. Runi ilə mübahisə etməzdim, Keyn sadəcə, inanılmazdır. "Tottenhem"də oynadığı dönəmdə onun haqqında həmişə xoş sözlər demişəm. Çünki komandasına kömək edən futbolçudur. Meydana çıxırsa, işini görür. Onun güclü xarakteri var.
Fikrimcə, Avropa çempionatında öz potensialından aşağı çıxış edir, amma hər hansı zədədən əziyyət çəkdiyi hiss olunmur. Hərçənd bir-iki həftədən sonra qitə birinciliyində zədəli oynadığı açıqlansa, təəccüblənməyəcəm".
Nihat