Məhşur italiyalı hücumçu Çiro İmmobile karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o, "Beşiktaş"la müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.
Məlumatı klubun mətbuat xidməti yayıb.
34 yaşlı futbolçu hər mövsüm üçün 6 milyon avro maaş alacaq.
Xatırladaq ki, İmmobile 2016-2024-cü illərdə "Latsio"nun formasını geyinib. Roma təmsilçisində keçirdiyi 340 matçda 207 qol və 54 məhsuldar ötürmə ilə yadda qalan forvard klub tarixinin ən yaxşı bombardiridir.
Nihat