Bu gün Avropa Çempionatında bir aylıq marafona yekun vurulub.
Fanat.Az xəbər verir ki, Almaniyada təşkil olunan qitə turnirinin final matçında İspaniya və İngiltərə yığmaları üz-üzə gəliblər.
Berlin Olimpiya Stadionunda baş tutan qarşılaşma pireneylilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, İspaniya tarixində 4-cü dəfə qitə çempionu tituluna yiyələnib.
AÇ-2024
Final
14 iyul
İspaniya - İngiltərə 2:1
Qol: Niko Uilyams, 47. Oyarsabal, 86 - Palmer, 73.
İspaniya: 23. Unai Simon, 24. Mark Kukureliya, 14. Aymerik Laport, 3. Robin Le Norman, 2 Daniel Karvahal, 8. Fabian Ruiz, 16. Rodri, 17. Niko Uilyams, 10. Dani Olmo, 19. Lamin Yamal, 7. Alvaro Morata.
İngiltərə: 1. Cordan Pikford, 6. Mark Qei, 5. Con Stounz, 2. Kayl Uoker, 3. Lyuk Şou, 4. Deklan Rays, 26. Kobbi Mayno, 7. Bukayo Saka, 10. Cud Bellingem, 11. Fill Foden, 9. Harri Keyn.
Hakim: Fransua Leteksye (Fransa)
Berlin. Olimpiya Stadionu.