"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin özünə yeni iş yeri tapıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis Albaniyanın yüksək liqa təmsilçisi “Elbasani”ni ilə anlaşıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçinin müqaviləsinin detalları bilinmir.
Qeyd edək ki, Bordin 2018-ci il iyunundan 2020-ci ilin yanvarına qədər "Neftçi"də çalışıb. Onun son klubu İtaliya C Seriyası təmsilçisi "Triestina" olub.