"Zirə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Moldovanın "Şerif" klubu növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Tiraspol klubunun mətbuat xidməti məlumat yayıb.
"Şerif" 19 yaşlı Qideon Uçe Qudladla anlaşıb. Nigeriyalı yarımmüdafiəçinin sonuncu klubu İsrailin "Makkabi"si (Petah-Tıkva) olub.
Qeyd edək ki, "Zirə" ilə "Şerif" arasında ötən həftə Moldovada baş tutan ilk görüşdə təmsilçimiz 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması isə iyulun 18-də “Liv Bona Dea Arena”da keçiriləcək.