İngiltərə yığmasının baş məşqçisi Qaret Sautgeyt Avropa çempionatının finalında İspaniyaya məğlubiyyətdən (1:2) sonra gələcəyi ilə bağlı sualları cavablandırıb.
Fanat.Az xəbər verir ki, “The Guardian” ingilis mütəxəssisin dediklərini belə təqdim edib:
“İndi bu qərarı vermək üçün doğru vaxt deyil. Məsul insanlarla danışacağam. İndi vaxtı deyil.
Düşünürəm ki, İngiltərə yığma komandası təcrübə və yaş baxımından çox yaxşı vəziyyətdədir. Bu komandanın əksəriyyəti təkcə növbəti dünya çempionatında yox, növbəti Avropa Çempionatında da iştirak edəcək. Hazırki yığmadan çox şey gözləmək olar. Amma indi bu, təsəlli deyil”.
Qeyd edək ki, Sautqeytin İngiltərə Futbol Assosiasiyası ilə müqaviləsinin müddəti bu ilin sonuna kimidir.
Mirağa