Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi cavab oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 8 matç keçirilib.
Bu gün baş tutan görüşlərdən birində Azərbaycan çempionu "Qarabağ"ın 2-ci təsnifat mərhələsindəki rəqibinin də adına aydınlıq gəlib. "Linkoln" (Cəbəllütariq) - "Hamrun" (Malta) cütünün görüşündə ilk dəqiqələrdən say üstünlüyünə sahib olan qonaqlar 89-cu dəqiqədə vurulan qolla 1:0 qalib gəliblər. İlk dueldə Cəbəllütariq təmsilçisi eyni hesabla qalib gəldiyinə görə, cütün gülüşünü müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Yenə hesab dəyişmədiyi üçün penalti seriyası yerinə yetirilib. "Lotoreya"da Cəbəllütariq təmsilçisi dəqiq olub. Beləliklə, "Qarabağ" 2-ci mərhələdə "Linkoln"la qarşılaşacaq.
1-ci təsnifat mərhələsinin daha 6 görüşü sabah baş tutacaq.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları
16 iyul
Balkani (Kosovo) - Santa-Koloma (Andorra) 0:1, əlavə vaxt - 1:1, penalti seriyasında - 5:6 (ilk oyun - 2:1)
HİK (Finlandiya) - Panevejis (Litva) 1:1 (ilk oyun - 0:3)
Linkoln (Cəbəllütariq) - Hamrun (Malta) 0:1, penalti seriyasında - 5:4 (ilk oyun - 1:0)
Pünik (Ermənistan) - Dinamo (Minsk, Belarus) 0:1 (ilk oyun - 0:0)
Çelle (Sloveniya) - Flora (Estoniya) 2:1 (ilk oyun - 5:0)
Styaua (Rumıniya) - Virtus (San Marino) 4:0 (ilk oyun - 7:1)
Deçiç (Monteneqro) - Nyu-Sents (Uels) 1:1 (ilk oyun - 0:3)
Şemrok Rovers (İrlandiya) - Vikinqur Reykyavik (İslandiya) 2:1 (ilk oyun - 0:0)