Rəhbər dəyişikliyindən sonra "Neftçi" klubunda islahatlara start verilib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 20-yə yaxın işçi klubdan göndərilib.
Söhbət sürücü, aşbaz, tibb işçisi, inzibatçı və sair çalışanlardan gedir.
Onlardan bir neçəsinin adını öyrənə bildik. Belə ki, "Neftçi Arena"nın inzibatçısı Rəvan Həsənov, əksəriyyətin Mərdan dayı kimi tanıdığı, "Turan"ın keçmiş prezidenti Vidadi Əhmədovun əmisi oğlu olan sürücü Mərdan Əhmədov, aşbaz Natiq Nuhuyev, tibb işçisi Gülarə Qasımova göndərilənlər arasındadır.
Bundan başqa, "Neftçi" rəhbərliyi sabiq kommunikasiya departamentinin rəhbəri Aysu İbrahimlinin vaxtında kluba götürülən 8 işçini də azad edib.
Mirağa