Növbəti mövsümün hazırlıqlarını Azərbaycanda davam etdirən “Şamaxı”nın növbəti sınaqçı-rəqibinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi ikinci yoxlama oyununda “Pelikan”la üz-üzə gələcək.
Qarşılaşma iyulun 20-də Şamaxı şəhər stadionunda keçiriləcək və matça 18:00-da start veriləcək.
Qeyd edək ki, “Şamaxı” ilk yoxlama matçında “Kəpəz”i 2:1 hesabı ilə məğlub etmişdi.