20:17 17.07.2024 813

"Bizi Tiraspoldakından da gərgin oyun gözləyir" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə (Moldova) Bakıda keçiriləcək oyundan öncə "Dalğa Arena"da təşkil edilən mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis belə danışıb:

"Hər birinizi salamlayıram. İlk növbədə onu deyim ki, oyundan öncə danışmaq həmişə çətindir. Rəqibin gücündən, təcrübəsindən xəbərdarıq. Səfərdə qələbə qazanan tərəf biz olduq. Bilirik ki, "Şerif" bura fərqli motivasiya ilə gəlib. Sabah vəziyyəti dəyişməyə çalışacaqlar. Biz də oyuna yaxşı hazırlaşmışıq. Uşaqların hazırlığı məni qane edir. İndi nəyi bacardıqlarını sabah meydanda göstərməlidirlər. Düşünürəm ki, bizi Tiraspoldakından da gərgin oyun gözləyir. İkinci matçlar adətən daha gərgin keçir. İstəyərdim ki, oyuna nəzarət edən, hesabı açan tərəf biz olaq. İstənilən ssenariyə hazırıq. İnşallah mərhələni keçən biz olarıq.

Penaltilər seriyası? Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram. Əvvəllər də belə olub... Amma hər gedişata hazır olmaq lazımdır. Nəzərə alaq ki, bir həftədən sonra oyunumuz var. İstərdim ki, biz qazanaq.

Azarkeşimizin sayı azdır? Az olduğunu deməzdim. Fikrimcə, say yox, keyfiyyət önəmlidir. Hamısı yanımızda olublar. Bilirəm ki, sabahkı oyunda da dəstəkləyəcəklər. Kimin imkanı varsa, stadiona gəlsin. Alınmırsa, televizor vasitəsilə baxsın".

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə Sadıqovun rəhbərlik etdiyi komanda 1:0 hesablı qələbə qazanıb.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 İyun 2025
01:24

DÇ-2026: Niderlanddan 8 cavabsız qol, Levandovskisiz Polşa uduzdu

10 İyun 2025
23:50

UEFA "Barselona"ya tətbiq olunan cəriməni 4 dəfə azaltdı

23:07

"Matçın sonlarında rəqibin bəxti gətirsəydi..." - Marko Rossi

22:47

"Son iki yoxlama oyunundan razı qaldım” – Fernandu Santuş

22:19

"Qayıdanda gördüm ki, Robert mənə zəng vurub" - Probej Levandovskinin millidən imtinasını şərh etdi

21:53

Azərbaycan millisi Macarıstana məğlub oldu

21:15

"Real Madrid"in yeni ulduzu nömrə seçimini etdi

20:41

"Mançester Siti" "Çelsi"nin qapıçısını heyətinə qatdı

20:07

"Komandamıza güvənirəm, bunu bacaracağıq" - Nigar Mirzəliyeva

19:49

U-17 Gürcüstanla bərabərə qaldı

19:14

Azərbaycanın sərbəst güləş millisi təlim-məşq toplanışına başladı

18:40

“Kəpəz”də yeni baş məşqçi təyinatı reallaşdı

18:15

Menyanın İngiltərə nəhənginə transferi baş tutmadı - SƏBƏB

17:42

"Məni daha futbol klubunda heç bir iş maraqlandırmır" - Roman Abramoviç

17:24

İngiltərə nəhəngi milli üzvünü bu qiymətə alır

17:06

Bellingem "Borussiya" ilə müqavilə bağladı - RƏSMİ

16:48

"İndi yalnız əsəb və ağrı hiss edirəm" - Robert Levandovski

16:30

Skaloni Argentina millisinin Messidən asılılığından danışdı: "Bu, əladır"

16:12

Deku braziliyalı hücumçunun "Barsa"ya transferini niyə səhv addım saydığını açıqladı

15:54

Modriç mütləq rekordçuya çevrildi

15:36

Lukaku milli komandaların ən yaxşı bombardirlərinin siyahısında 5-ci pilləyə yüksəldi

15:18

"Yuventus"u çalışdıracaq məşqçinin adına aydınlıq gəldi - İdman direktoru açıqladı

15:00

Sabiq cangüdəni Ronaldunun ona nə qədər maaş verdiyini açıqladı

14:42

Elçin Məsiyev Avropa çempionatına təyinat aldı

14:24

"Səbail"də 40 min avroluq müəmma - AÇIQLAMA

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:58

Ranyerinin İtaliya millisindən aldığı təklifə cavabı nə olub? - Özü açıqladı

13:40

"Kəpəz"i tərk edənlərdən ikisinin kimliyi dəqiqləşdi - SON DURUM

13:22

"Arsenal"ın ukraynalısını iki İtaliya klubu istəyir

13:04

"Turan Tovuz" 9 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

12:46

U-17 və U-19-un rəqibləri müəyyənləşdi

12:28

"Tottenhem"in yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

12:09

Azərbaycan boksçuları Niderlandda üç medal qazandılar

11:51

U-17 Gürcüstan yığması ilə qarşılaşacaq

11:19

"İtaliya millisində vəziyyəti dəyişə bilmədim" - Spalletti istefasından danışdı

11:02

Ukraynalı futbol hakimi həlak oldu

10:43

Fransa millisinin sabiq futbolçusu komandasız qaldı

10:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:06

Pirallahıda keçirilən “IronWind”də qaliblər bəlli oldu

09:00

İngiltərə nəhəngi əlcəzairli futbolçu ilə gücləndiyini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X