UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında “Zirə” ilə Moldovanın “Şerif” klubu qarşılaşıb.
Fanat.Az xəbər verir ki, matçdan 2:1 hesabı ilə qalib ayrılan, cütün taleyini penaltilərlə həll edən “Şerif”in çalışdırıcısı Yuri Quranın mətbuat konfransı keçirilib.
Ukraynalı çalışdırıcı oyunu belə şərh edib:
“Qırmızı vərəqə matçın taleyinə təsir etdi. Oyunun əvvəllərində yaxşı hücumlarımız var idi. Əsas odur ki, qələbə qazandıq. Məmnunam”.