"Bayer Leverkuzen" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Bundesliqanın qalibi mətbuat xidməti vasitəsilə Marten Teryenini transfer etdiyini açıqlayıb.
Futbolçu ilə müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub.
Tərəflər 20-22 milyon avro məbləğində təzminat barədə razılığa gəliblər.
Terye daha əvvəl heç vaxt Liqa 1-dən kənarda oynamayıb. O, "Renn"in heyətində 121 matça çıxaraq 44 qol vurub və 17 məhsuldar ötürmə edib.
Mirağa