"Sumqayıt" "Fənərbaxça"nın futbolçusunu heyətinə qatmaq istəyir. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi Mirkamil Həşimliyə elçi düşüb.
"Sumqayıt" rəhbərliyi artıq 17 yaşlı futbolçuya təklifini edib. Mirkamil isə hələlik qərarını verməyib. Hazırda Bakıda olan hücumçu hələ qərarını verməyib.
Qeyd edək ki, "Fənərbaxça"nın aşağı yaş qruplarında forma geyinən futbolçu U-19 millimizin üzvüdü.
Fanat.az