Səudiyyə Ərəbistanının bir neçə klubu "Liverpul"un futbolçusu Vircil van Deyki heyətə qatmaq üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb.
Xəbərə görə, "qırmızılar" məhz sözügedən ölkənin klubları üçün transfer qiyməti də müəyyənləşdiriblər. "Liverpul"un 33 yaşlı mərkəz müdafiəçisini almaq istəyən Səudiyyə Ərəbistanı təmsilçilərindən 55 milyon avro tələb edəcəyi bildirilib.
Vircilin "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Niderland millisinin üzvü 2018-ci ildən İngiltərə nəhənginin formasını geyinir.