Yeni mövsümün hazırlıqlarının ikinci hissəsini Türkiyədə davam etdirən "Turan Tovuz" ikinci sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Türkiyənin Super Liqa təmsilçisi "Adana Dəmirspor"la üz-üzə gələn Tovuz təmsilçisi 3:3 hesablı bərabərliyə razılaşıb.
Qeyd edək ki, Kurban Berdıyevin çalışdırdığı komanda bundan öncə Türkiyənin digər təmsilçisi "Pendikspor"la qolsuz heç-heçə etmişdi.