"Bayern Münhen"in fəxri prezidenti Uli Hönes klubun maliyyə vəziyyətindən və mümkün transferlərdən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini jurnalist Maksimilian Kox şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Daha iki-üç oyunçu getməsə, daha yeni transfer olmayacaq. Maks Eberl və Kristof Freynd gözəl bilirlər ki, hansısa ulduzla yollar ayrılmasa, yeni futbolçu gəlməyəcək. "Bayern"in artıq bir qəpiyi də yoxdur".
Xatırladaq ki, "Bayern" ötən mövsüm Almaniya çempionatını 3-cü pillədə başa vurub.
Nihat