"Real Sosyedad"ın 23 yaşlı cinah hücumçusu Takefusa Kubo karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Sponichi Annex" yayıb.
Xəbərə görə, onun xidmətində "Liverpul" maraqlıdır. Mənbə "qırmızılar"ın Kubonun müqaviləsindəki sərbəstqalma məbləğini - 60 milyon avronu ödəməyə hazır olduqlarını vurğulayıb. Yapon futbolçunun artıq İngiltərə təmsilçisi ilə şəxsi müqavilənin şərtləri ilə bağlı danışıqlara başladığı da diqqətə çatdırılıb.
Xatırladaq ki, son mövsümdə bütün turnirlərdə 41 matça çıxan Takefusa 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Real Sosyedad"la anlaşmasının müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat