16:14 22.07.2024 665

“Neftçi”nin məşqçisi “Böyük Zəfər” xatirə medalı ilə təltif olundu

“Neftçi” Futbol Akademiyasının məşqçisi İslam Kərimov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub. 

Fanat.Az xəbər verir ki, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malik olan Azərbaycan Respublikasının Əməkdar məşqçisi bununla bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:

“Mən könüllü olaraq 1992-1993-cü illərdə Qarabağda – Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun dəstəsində döyüşmüşəm. Həmin 1 il ərzində dəfələrlə ağır döyüşlərdə iştirak etmişəm. Buna görə də dövlətimiz tərəfindən mükafatlandırılmışam. “Qarabağ müharibə veteranı” və “Milli Ordu-100” medalları ilə təltif olunmuşam. 26 İyul – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə isə qərara gəldilər ki, məni “Böyük Zəfər” medalı ilə də təltif etsinlər və elə bu gün təltif olundum. Bu mənim üçün qürur hissidir. Çünki bir vətəndaş kimi cəmiyyətdə böyük rol oynamışam. Həm də “Neftçi” klubunu təmsil etdiyim üçün fəxr edirəm. Bu zəfərə görə ilk növbədə Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Artıq bizim torpaqlarımız adaz olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ona görə də mən bu gün bu medalı böyük qürur hissi ilə gəzdirirəm. Bildiyiniz kimi, 1992-ci ilin yanvarından indiyə kimi qısa fasilələrlə “Neftçi”də çalışıram, 3 il Azərbaycan U-17 milli komandasının baş məşqçisi olmuşam. “Neftçi” mənim həyatımdır. Burada mənə verilən dəyərə görə klub rəhbərliyinə, “Neftçi” camiəsinə təşəkkür edirəm. Bu medal nəinki mənə, “Neftçi” klubuna da verilən dəyərdir. Çünki mən müharibəyə “Neftçi”nin işçisi kimi getmişdim. Avtomatımın üzərində də “Neftçi” Futbol Klubu” yazılmışdı”.

Qeyd edək ki, AFFA-nın bayrağı altında keçirilmiş yarışlarda 10 dəfə qızıl, 9 dəfə gümüş, 8 dəfə bürünc medallara layiq görülmüş mütəxəssis Bakı birinciliyinin səkkizqat, “Sabahın ulduzları”nın isə beşqat qalibidir. 2002-ci ildə U-17 milli komandası ilə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmış Kərimov 2005-ci ildə “Neftçi”nin U-15 komandası ilə İtaliyada, U-12 komandası ilə Gürcüstanda, 2007-ci ildə “Neftçi”nin U-17 komandası ilə İzmirdə keçirilmiş beynəlxalq turnirlərin qalibi olub. Azərbaycanda ilk dəfə 6 yaşlı futbolçuların layihəsini də məhz 2017-ci ildə “Neftçi”nin məşqçisi İslam Kərimov təşkil edib. Premyer Liqaya ən çox futbolçu bəxş etmiş məşqçi kimi 2017-ci ildə PFL-in “Fəxri fərman”ı ilə mükafatlandırılıb. Təcrübəli mütəxəssis müharibə veteranı kimi prezident təqaüdçüsüdür.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X